#Təfsilat

Azərbaycanda peyvənd olunan müəllimlərin sayı açıqlanıb

Apr 12, 21:21 / Mənbə: Kaspi.az

Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin "COVID-19” əleyhinə vaksinasiya prosesi davam edir. 

Təhsil Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir. Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.  

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olummuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz). 

Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir. 

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.