#Dünya

Venesuelada Kubanın "Abdala" vaksini istehsal olunacaq

Apr 12, 20:40 / Mənbə: News.milli.az

Venesuela Havana hökumətinin əməkdaşlığı ilə Kubanın COVID-19 əleyhinə "Abdala" vaksinini istehsal edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Karakasda dövlət laboratoriyasında istehsal olunan vaksin hələ kliniki sınaqların ikinci mərhələsindədir.

Ölkənin vitse-prezidenti Delsi Rodrigesin sözlərinə görə, bu həftə Venesuela təqribən 11 milyon doza vaksin almaq üçün COVAX mexanizmindən yararlana bilib. Bu da ölkə əhalisinin peyvəndlənməsi üçün zəruri olan vaksinin 20 faizini təşkil edir. Rusiyanın "Sputnik V" və Çinin "Sinopharm" vaksinlərinin tədarükü barədə razılaşmalar qüvvədə qalır.

Venesuelada koronavirus pandemiyasının ikinci dalğası səhiyyə sisteminin iflasına gətirib çıxarıb. Rəsmi məlumatlara əsasən, ölkədə 175 min nəfər COVID-19-a yoluxub, təxminən 1800 nəfər bu xəstəliyin qurbanına çevrilib. Praktik olaraq bütün mənbələr rəqəmlərin azı dörd dəfə azaldılması fikrində həmrəydirlər.

Bu günədək Venesuela yalnız 750 min vaksin alıb. Bu vaksinlərlə hökumətin hərbi-siyasi qüvvələri və tibbi heyət peyvənd olunub.

"Abdala" Kuba hökumətinin istehsal etdiyi dörd vaksindən biridir. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı "Abdala"nı COVID-19 əleyhinə vaksinin prototipi qismində qəbul edib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.