#Dünya

Putin 12 illik fasilədən sonra Davos İqtisadi Forumunda çıxış edəcək

Jan 25, 18:49 / Mənbə: Baku.ws

Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V. Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

“O ki qaldı müzakirələrə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu onlayn formatda keçirilir.

Rusiya Prezidenti Davos İqtisadi Forumunda axırıncı dəfə 2009-cu ildə çıxış edib.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.