#Hadisə

Bakıda 21 yaşlı gənci avtomobil vurdu

Apr 12, 00:41 / Mənbə: Report.az

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində avtomobil yolu keçən 2000-ci il təvəllüdlü İsmayılov Elşən Hümbət oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.