#Incəsənət

Entoni Hopkins ən yaxşı aktyor kimi BAFTA mükafatına layiq görüldü

Apr 12, 00:39 / Mənbə: Report.az

Britaniya aktyoru Entoni Hopkins "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, aktyor mükafatı rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə qazanıb.

Bu, Entoni Hopkinsin üçüncü "bürünc maskası"dır. Daha əvvəl o "Kölgələr ölkəsi" (“Shadowlands”, 1993-cü il) və "Quzuların Sükutu" (“The Silence of the Lambs”, 1990-cı il) filmlərindəki rollarına görə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının mükafatlarına layiq görülüb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.