#Dünya

Britaniya iğtişaşları sakitləşdirmək üçün Şimali İrlandiyaya hərbçilər göndərib

Apr 11, 23:44 / Mənbə: Oxu.az

Britaniya hökuməti hakimiyyətə loyal olan qüvvələrlə millətçilər arasındakı toqquşmaların qarşısını almaq və iğtişaşları yatırtmaq üçün Şimali İrlandiyaya kəşfiyyat və hərbi dəstələr göndərib.

Bu barədə “Sunday Mirror” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Belfastda toqquşmalar artıq bir həftədən çoxdur ki, davam edir. Etirazçılar polis və loyalistlərə daş, şüşə və məişət tullantıları atır, həmçinin avtomobillərə od vururlar. Bu əməlləri törədənlərin əksəriyyətini 12-17 yaşlı irland yeniyetmələr təşkil edir.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.