#Hadisə

Salyanda əri ilə yol qəzasına düşən gənc qadının boynu sındı

Apr 11, 23:41 / Mənbə: Report.az

Bakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü (ad və soyadı dəqiqləşdirilir-red) və həyat yoldaşı, sərnişin - 1992-ci il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı xəsarət alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Bağırovaya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.