#Dünya

Tramp: “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq”

Apr 11, 23:20 / Mənbə: Oxu.az

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilər zamanı Respublikaçılar Partiyasının qələbəsinə əmin olduğunu bəyan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Əminəm ki, 2022-ci ildə biz Nümayəndələr Palatası və Senat üzərində nəzarəti geri qaytaracağıq. 2024-cü ildə isə Ağ Evi Respublikaçı namizəd qazanacaq”, - deyə Tramp bildirib.

O, həmçinin partiyasından olan namizədləri dəstəkləyəcəyini, lakin prezident seçkilərində iştirak edəcəyinə təminat verə bilmədiyini qeyd edib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.