#Futbol

"Beşiktaş"ın hücumçusu Bakıdakı oyunları buraxır

Apr 11, 23:27 / Mənbə: Report.az

Türkiyə millisinin və "Beşiktaş" klubunun futbolçusu Cenk Tosun zədələnib.

"Report" "TRT Sport"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Superliqanın XXXII turunda "Erzurumspor"u 4:2 hesabı hesabı ilə məğlub etdikləri oyunda sıradan çıxıb.

Tosun mövsümün qalan matçlarında oynaya bilməyəcək. Təcrübəli forvardın Avropa çempionatında da iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.