#Digər-ölkələr

Hindistanda yol qəzasında 10 nəfər həlak olub, onlarla xəsarət alan var

Apr 11, 01:51 / Mənbə: Report.az

Hindistanda ağır yol qəzası baş verib.

“Report”un TASS-a istinadən xəbərinə görə, bu barədə yerli televiziya məlumat yayıb.

Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında qeydə alınıb. Belə ki, sərnişin avtobusu yol kənarındakı xəndəyə aşıb.

Qəza zamanı minimum 10 nəfər həlak olub, daha 30 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Qəzanın digər detalları açıqlanmır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.