#Futbol

"Real Madrid" "Barselona"nı udub lider oldu

Apr 11, 01:48 / Mənbə: Report.az

Futbol üzrə İspaniya La Liqasında XXX turun mərkəzi görüşü "Real Madrid" və "Barselona" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş El Klasiko meydan sahiblərinin qələbəsi ilə yekunlaşı - 2:1.

Hesabı 13-cü dəqiqədə "kral klubu"nun hücumçusu Kərim Benzema açıb. Bundan 15 dəqiqə sonra Toni Kroos fərqi artırıb. 60-cı dəqiqədə isə Oskar Mingesa "Barselona"nın təsəlli qolunu vurub.

90-cı dəqiqədə Karlos Kazemiro 30 saniyə ərzində iki sarı vərəqə alaraq, "Real Madrid"i azlıqda qoyub. Lakin Kataloniya komandası uzatma dəqiqələrində bərabərlik qolunu vura bilməyib.

Görüş 39-cu dəqiqədən etibarən güclü yağış altında keçib. Fasilədən sonra yağış leysana keçsə də, matçı sona çatdırmaq mümkün olub.

Beləliklə, xalını 66-ya çatdıran "Real Madrid" ən azı bir günlük liderə çevrilib. Eyni xala malik "Atletiko" yenidən vahid lider olmaqdan ötrü aprelin 11-də "Betis"lə səfər oyununda uduzmamalıdır. 65 xalı olan "Barselona" isə 3-cü pilləyə enib.

Qeyd edək ki, bu, iki komanda arasında tarixdə 279-cu, La Liqada isə 182-ci El Klasiko olub. "Real Madrid" çempionat qarşılaşmalarında 75-ci qələbəsini qazanıb. Sonuncu dəfə 2019-cu ilin martında qalib gəlmiş "Barselona"da bu göstərici 72-də qalıb. Daha 35 matç isə heç-heçə ilə nəticələnib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.