#Futbol

El Klasiko: Messi Serxio Ramosla bərabərləşdi

Apr 11, 01:46 / Mənbə: Report.az

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu "Real Madrid"ə qarşı 45-ci dəfə meydana çıxıb. Bu, La Liqada XXX turun səfər oyununa təsadüf edib.

Əvəzində "kral klubu"nun müdafiəçisi Serxio Ramos zədə üzündən görüşü tribunadan izləyir. Ona görə də Messi "El-Klasiko"larda oyun sayında Ramosla bərabərləşib.

"Barselona"nın kapitanının "Real Madrid"ə qarşı ilk oyunu isə 19 noyabr 2005-ci ildə olub və Kataloniya komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, hazırda Madriddəki "Alfredo Di Stefano" stadionunda keçirilən görüşün ilk yarısı "Real Madrid"in qələbəsi ilə yekunlaşıb - 2:0.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.