#Region

Ərdoğan: Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır

Apr 11, 00:21 / Mənbə: Report.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

“Report"un Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

Türkiyə rəhbəri əlavə edib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsini haqlı hesab edir.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.