#Futbol

Aftandil Hacıyev: "Hər oyun bizim üçün imtahandır"

Apr 11, 00:24 / Mənbə: Report.az

"Həqiqətən bu gün "Sabah"ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Biz də 1-2 epizodda qol vura bilərdik".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXII turunda "Sabah"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hər iki hissədə eyni oyun sərgiləyiblər: "Rəqib ikinci yarıda daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bugünkü nəticəni qənaətbəxş hesab etmək olar".

Hacıyev 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Məqsəd İsayevin yaxşı çıxış etdiyini söyləyib: "İlk hissədə aldığı sarı vərəqə də ucuz idi. Fasilədə bununla bağlı iradımı bildirdim. Görünür, onunla daha ciddi söhbət etməyə ehtiyac var. Bəlkə də psixoloji planda hansısa problemi var".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.