#Hadisə

Tovuzda reyd zamanı koronavirus xəstəsi aşkarlanıb

Apr 11, 00:18 / Mənbə: Report.az

Tovuz rayonunda Dövlət Yol Polisinin əməkdaşları reyd keçiriblər.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, reyd zamanı piyadalara yol verməyən, nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdıran, dayanma-durma qaydalarını pozan sürücülər saxlanılıb. Yoxlamalar zamanı həmin sürücülərə qarşı müvafiq qaydada protokollar tərtib edilib.

Yol nişanlarının tələbələrini pozan sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb.

Polisin saxla əmrinə tabe olmayan sürücülər də reyd zamanı qanun pozanlar siyahısına əlavə edilib. Bundan əlavə polisin qanun pozucusu olaraq saxladığı əksər sürücülər də olub ki, polis əməkdaşlarının iradı ilə razılaşmayıblar.

Reyd zamanı koronavirusa yoluxan və ev şəraitində müalicəsi aparılan 2000-ci il təvəllüdlü Tovuz rayon Bayramlı kənd sakini Zeynalov Əli Elman oğlunun evi qanunsuz tərk etdiyi də aşkarlanıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.