#Təfsilat

Ermənilər: Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir

Apr 11, 00:11 / Mənbə: Kaspi.az

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin valideynlərinin Müdafiə Nazirliyinin Baş qərargah rəisi və digər nümayəndələri ilə görüşü nəticəsiz başa çatıb.

Bu barədə "Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, valideynlər 4 saatdan çox davam edən görüşdən sonra jurnalistlərə bildiriblər ki, danışıqların nəticələrindən razı qalmayıblar.

"Bu insanlar, xüsusən Baş qərargah rəisi vəziyyəti qətiyyən idarə edə bilmirlər. O (Baş qərargah rəisi - red) bildirdi ki, bütün bunlar (hərbçilərlə bağlı qaldırılan məsələlər) onun səlahiyyətlərinə daxil deyil və istənilən məsələnin həllini tapmaq mümkündür", - hərbçilərin valideynlərdən biri bildirib.

Buna baxmayaraq, itkin hərbi qulluqçuların yaxınları Müdafiə Nazirliyinin binasına giriş-çıxışa icazə veriblər. Qeyd edək ki, hərbçilərin yaxınları binanı dünən bloklamışdılar.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.