#Xarici-siyasət

Bağdat Amreyev: "Türk dövlətləri Qarabağın bərpasında Azərbaycanın yanında olacaq"

Apr 10, 15:34 / Mənbə: Report.az

“Media sahəsində əməkdaşlığımızı daha da genişləndirilməsi üçün qanunvericiliyimizi daha da gücləndirməliyik”.

“Report”un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdat Amreyev deyib.

“Hesab edirəm ki, birlikdə mədəniyyət, tarixi kinoların çəkilməsinə də nail ola bilərik”, - o bildirib.

B.Amreyev həmçinin əlavə edib ki, türkdilli dövlətlər eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.