#Xarici-siyasət

Türkiyə PA-nın rəsmisi: "Türk dünyasına qarşı dezinformasiya kampaniyası aparılır"

Apr 10, 15:32 / Mənbə: Report.az

“Hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik. Biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər önəmli təhdid isə rəqəmsal faşizmdir: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.