#Xarici-siyasət

Baş katib: “Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə "Yol xəritəsi" hazırlayırıq”

Apr 10, 15:25 / Mənbə: Report.az

“Biz türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə "Yol xəritəsi" hazırlayırıq”.

“Report”un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Hesab edirəm ki, türkdilli ölkələrin mediaları arasındakı ələqələrin inkişafı etdirilməsi prioritetlərdən biridir. Biz müharibə dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik”, - o bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.