#Cəmiyyət

Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib

Apr 10, 15:24 / Mənbə: Kaspi.az

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi "həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.

Kaspi.az-ın məlumatına görə, bu barədə Tural Gəncəliyev "Facebook” hesabında paylaşım edib.

İcma sədri qeyd edib ki, Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.