#Xarici-siyasət

Prezidentin köməkçisi: “Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”

Apr 10, 15:16 / Mənbə: Report.az

“İnformasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”.

“Report”un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.