#Xarici-siyasət

Fəxrəddin Altun: “Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”

Apr 10, 15:16 / Mənbə: Report.az

“Türkiyə-Azərbaycan arasında yaradılmış ortaq media platforması örnək təşkil edir. Biz istəyirik ki, bunu Türk Şurasına üzv dövlətlərlə də quraq”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu: “Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.