#Dünya

AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənmədi

Jan 25, 16:17 / Mənbə: Qafqazinfo.az

Avropa Şurası Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin etimadnaməsinə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Həmrəyliyi fraksiyasının millət vəkili Oleksiy Qonçarenko açıqlama verib:

“Bir az olar ki, AŞPA iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə rəsmi olaraq etiraz edildi”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, qərar 38 millət vəkili tərəfindən dəstəklənib.

Qonçarenko əlavə edib ki, indi məsələ Monitorinq Komitəsinə veriləcək, orada bir hesabat hazırlanacaq, həmçinin rəy hazırlamaq üçün prosessual komitəyə, bundan sonra hazırlanmış hesabat və rəy son qərar üçün Assambleyaya təqdim olunacaq.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.