#Dünya

Putin Navalnının hazırladığı filmə cavab verdi - VİDEO

Jan 25, 16:49 / Mənbə: Baku.ws

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Aleksey Navalnının onun "saray"ı barədə hazırladığı filmə vaxtı olmadığı üçün baxmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Vladimir Putin Tələbələr Günü münasibətilə video çıxışında bildirib.

Rusiya prezidenti əlavə edib ki, Aleksey Navalnının "araşdırması"ndakı mülklərin heç birinin nə özünə, nə də yaxınlarına adiyyatı yoxdur:

"Mən bu filmi sadəcə bu cür məlumatlara baxmaq üçün boş vaxtım olmadığına görə izləməmişəm, ancaq köməkçilərimin mənə gətirdiyi videoları nəzərdən keçirmişəm. Sualınıza dərhal cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilən heç bir şey nə mən, nə də yaxın qohumlarıma aiddir və heç vaxt da olmayıb. Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar".

Qeyd edək ki, Aleksey Navalnının həbsindən 1 gün sonra onun "YouTube" kanalında Rusiya Prezidenti Vladimir Putin və yaxın ətrafının malikanəsi barədə 2 saatlıq sənədli film yayımlanıb. Həmin video qısa zamanda milyonlarla baxış gətirib.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.