#Dünya

Böyük Britaniyada baş verən daşqın nəticəsində evlər su altında qalıb

Jan 25, 20:34 / Mənbə: News.milli.az

Böyük Britaniyanın Vorsterşayr qəsəbəsində daşqın nəticəsində evlər su altında qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ərazidə qurulan müdafiə baryerləri güclü daşqınlar nəticəsində aşaraq yüzlərlə evi su altında qoyub. Qəsəbəyə gələn xilasetmə qrupları insanları təhlükəsiz əraziyə təxliyə edib.

Ətraf Mühit Agentliyi yağan güclü yağışlardan sonra ölkədə 90-dan çox daşqın xəbərdarlığı olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən il fevral ayında bu ərazidə baş verən güclü daşqın nəticəsində müdafiə baryerləri qurulmuşdu və Baş nazir Boris Conson əraziyə səfər etmişdi.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.