#Cəmiyyət

Gəncədə kişi özünü binanın 5-ci mərtəbəsindən atıb - FOTO

Apr 08, 21:52 / Mənbə: News.milli.az

Gəncdə intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.