#Dünya

Milyarderlərin yeni paytaxtı elan olundu - Rəsmi

Apr 08, 11:29 / Mənbə: News.milli.az

Pekin milyarderlərin bu il üçün yeni paytaxtı elan olunub.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Forbes" tərəfindən hazırlanan reytinqə görə, ilk dəfə Pekin Nyu-Yorku qabaqlayaraq milyarderlərin sayına görə birinci olub.

Çin paytaxtı 33 yeni milyerderi ilə artaraq sayı 100-ə çatdlrlb. Nyu-Yorkda isə say 99-dur. Pekinin ən varlı sakini, sərvəti 35,6 milyard dollar olan TikTok-un ana şirkəti ByteDance-in qurucusu Zhang Yimindir. Keçmiş Nyu-york meri Maykl Blomberg 59 milyard dollarlıq sərvəti ilə ən varlı nyu-yorklu sayılır.

ABŞ uzun müddət dünyanın digər ölkələrindən daha çox milyarderlərin vətəni olub, ancaq Çin onları qabaqlayır. Forbes-in hesabatına görə, son bir ildə Çin və Hong Kongda 210 yeni milyarder ortaya çıxdı - bu, digər ölkələrdən daha çoxdur. Beş Çin şəhəri ən çox milyarder olan on şəhər sırasındadır. Siyahını 48 milyarderlə səkkizinci yerdə olan San Francisco bağlayır. Dünyanın super zənginləri, pandemiyaya və tənəzzülə baxmayaraq son bir ildə daha da zənginləşdilər. Qlobal olaraq 660 nəfər yeni milyarder oldu.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.