#Dünya

Aprel ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – TAM SİYAHI

Apr 08, 11:00 / Mənbə: Yeniavaz.com

Əvvəlki aylarda olduğu kimi aprel ayında da Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur. 

Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,54 avro (1,09 manat) təşkil edir.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,85 avroya (3,74 manat) satılır.

Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1 manat 25 qəpiyə (0,63 avro) bərabərdir.

Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə var - Rusiya, Belarus. Ermənistanda isə “Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla eyni səviyyədədir.

"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aprel ayında aşağıdaki kimi olub:

Rusiya – 0,54 avro

Belarus – 0,61 avro

Ermənistan – 0,63 avro

Azərbaycan – 0,63 avro

Gürcüstan – 0,69 avro

Türkiyə - 0,74 avro

Ukrayna – 0,87 avro

Moldova – 0,92 avro

Rumıniya – 1,01 avro

Bolqarıstan – 1,06 avro

Bosniya və Herseqovina – 1,07 avro

Şimali Makedoniya – 1,09 avro

Polşa – 1,14 avro

Andorra – 1,15 avro

Kipr – 1,16 avro

Macarıstan – 1,17 avro

Albaniya – 1,18 avro

Sloveniya – 1,18 avro

Çexiya – 1,20 avro

Avstriya – 1,21 avro

Litva – 1,23 avro

Sebiya – 1,28 avro

Lüksemburq – 1,28 avro

Latviya – 1,29 avro

Monteneqro – 1,30 avro

İspaniya – 1,31 avro

Slovakiya – 1,33 avro

Malta – 1,34 avro

Xorvatiya – 1,35 avro

Estoniya – 1,39 avro

İslandiya – 1,41 avro

İrlandiya – 1,45 avro

Böyük Britaniya – 1,47 avro

İsveçrə - 1,49 avro

Belçika – 1,50 avro

Danimarka – 1,52 avro

Fransa – 1,52 avro

İsveç – 1,53 avro

Almaniya – 1,53 avro

Yunanıstan – 1,60 avro

Norveç – 1,61 avro

İtaliya – 1,62 avro

Finlandiya – 1,62 avro

Portuqaliya – 1,66 avro

Niderland – 1,85 avro

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.