#Dünya

Paşinyan Putinlə görüşdən sonra açıqlama yaydı: 'Çox məmnunam'

Apr 08, 10:15 / Mənbə: Yeniavaz.com

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra açıqlama yayıb.

Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, Paşinyan 3,5 saat davam edən görüş zamanı heç bir sənəd imzalamadıqlarını bildirib:

“Görüş məhsuldar oldu, sənədlər imzalamadıq, ancaq bir sıra sənədləri müzakirə etdik. Deyə bilərəm ki, ümumilikdə görüşün nəticələrindən çox məmnunam. Əlbəttə ki, Rusiya prezidenti ilə çox açıq münasibətlər quruldu, xüsusən son aylarda münasibətlər yaxşılaşıb. İkitərəfli gündəliyimizdəki bütün məsələləri müzakirə etdik, regional hətta, beynəlxalq əlaqələrə toxunduq”.

Paşinyan həmçinin bildirib ki, Putinlə Ermənistan ordusunun müasirləşdirilməsi məsələlərini də danışıb:

“Müharibədən sonra gündəmimizdəki ən vacib məsələlərdən biri də rus tərəfdaşlarımızın dəstəyi ilə həyata keçirdiyimiz orduda aparılacaq islahatlardır. Bu, müzakirəmizdəki əsas məsələlərdən biri idi”.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.