#Dünya

Şimali İrlandiyada kütləvi iğtişaşlar şiddətləndi - VİDEO

Apr 08, 10:36 / Mənbə: Yeniavaz.com

Şimali İrlandiyada etirazlar artaraq davam edir.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali İrlandiyada küçələrə axışan etirazçılar ikimərtəbəli bir avtobusu qaçırıb yandırıblar. Daha sonra küçələrdə müxtəlif yerlərə molotof kokteyli atıblar. İngiltərə baş naziri Boris Conson baş verənləri qınadığını bildirib.

Qeyd edək ki, Şimali İrlandiyada iğtişaşlar bir həftə əvvəl prokurorluğun Sinn Fein Milli Respublikaçılar partiyası üzvlərinə cinayət işi açılması tələbini rədd etməsi səbəbilə başlayıb.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.