#Azərbaycanca

Vətən müharibəsi iştirakçısı Səbail RİH-də şəhid ailələri ilə bağlı şöbəyə təyinat alıb

Apr 08, 09:22 / Mənbə: News.day.az

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, RİH başçısının əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Nicat Əlyar oğlu Quliyev təyin edilib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.