Müller İbrahimoviçlə Şevçenkoya çatıb
Apr 08, 09:20 / Mənbə: Apa.az
Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasında 48-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi 1/4 finalın PSJ ilə ev oyununda (2:3) fərqlənib.
Bununla da Müller Andrey Şevçenko ilə Zlatan İbrahimoviçə çatıb. Hər üç bombardirin 48 qolu var.
Onlar Çempionlar Liqası tarixinin ən məhsuldar oyunçuları siyahısında 8-ci yerə şərikdir. Yalnız 7 futbolçu daha çox qola sevinib.
1. Kriştiano Ronaldo - 1342. Lionel Messi – 1203. Robert Levandovski – 734. Raul – 715. Kərim Benzema – 706. Ruud van Nistelroy – 567. Tyerri Anri – 508-10. Andrey Şevçenko - 48Zlatan İbrahimoviç – 48Tomas Müller - 48
Xəbərin mənbəsi: Apa.az