#Dünya

Rusiyada xəstə palçıqda batmış təcili yardım maşınında öldü – VİDEO

Apr 08, 08:32 / Mənbə: Oxu.az

Rusiyanın Rostov vilayətində yerli sakin palçıqda ilişib qalmış təcili yardım maşınında ölüb.

Bu barədə “Baza” nəşrinin “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, xəstə yüksək təzyiqdən əziyyət çəkib. Çağırışa gələn təcili yardım heyəti onun xəstəxanaya yerləşdirilməsinə qərar verib. Lakin yol bərbad vəziyyətdə olduğu üçün tibb maşını palçığa batıb.

Təcili yardım avtomobili traktorun köməyi ilə palçıqdan çıxarılsa da, içindəki xəstə vəfat edib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.