#Dünya

Amerikalı aktyor vəfat etdi

Apr 08, 08:38 / Mənbə: News.milli.az

Amerikalı aktyor Uolter Olkeviç 72 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Zak Olkeviç bildirib.

Onun sözlərinə görə, aktyor aprelin 6-da səhər saatlarında Los-Ancelesdəki evində vəfat edib. Son 20 ildə Olkeviç səhhəti ilə bağlı problemlər yaşayırdı və diz nahiyəsindən bir neçə dəfə əməliyyat keçirmişdi, bununla əlaqədar olaraq, yatağa məhkum olmuşdu və karyerasına fasilə verməyə məcbur qalmışdı.

Olkeviç geniş tamaşaçı kütləsinə Devid Linçin "Tvin Piks" teleserialındakı barmen Jak Reno və bar sahibi Jan-Mişel Reno obrazları ilə tanışdır. O, Stiven Spilberqin "1941-ci" filmində debüt edib, daha sonralar bir çox film və seriallarda çəkilib. 

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.