#Amerika

ABŞ prezidenti və İordaniya kralı arasında telefon danışığı olub

Apr 08, 08:29 / Mənbə: Apa.az

ABŞ prezidenti Co Bayden və İordaniya kralı II Abdullah siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ və İordaniya liderləri arasında baş tutan telefon danışığının nəticələrinə dair Ağ Evin mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir.

Məlumata görə, Bayden II Abdullaha “ABŞ-ın İordaniyaya güc dəstəyi göstərəcəyini” deyib. Bundan başqa, Amerika administrasiyasının rəhbəri II Abdullahın liderliyinin “ABŞ və Orta Şərq üçün” vacib rol oynadığını bildirib.

Həmçinin Bayden əlavə edib ki, hazırkı ABŞ administrasiyası Fələstin-İsrail münaqişəsinin dinc yolla həllində dəstəyini nümayiş etdirəcək.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.