#Maraqlı

Kəskin bronxit və bronxiolit

Apr 08, 08:46 / Mənbə: News.milli.az

Kəskin bronxit bronxların selikli qişasının kəskin diffuz iltihabıdır. Xəstəlik bəzən bronxun divarının digər qişaları ilə eyni vaxtda zədələnə bilir. Hətta bəzən ağciyər toxuması prosesə qoşulmadan bronx divarının total zədələnməsi də qeyd olunur. Diametri 2 mm-dən kiçik olan tənffüs yolunun zədələnməsi bronxiolit adlanır ki, buna da ən çox azyaşlı uşaqlarda rast gəlinir.

Broxitin əmələ gəlmə səbəbinə görə müxtəlif növləri var:

- kəskin infeksion bronxit

- irinli bronxit

- irinli-nekrotik bronxit

- proksimal kəskin bronxit

- distal kəskin bronxit

- kəskin bronxiolit.

Bronxitin kəskin gedişi 2-3 həftə, uzun gedişə malik olduqda isə 1 aydan artıq sürür.

Xəstəliyi ən çox qrip, paraqrip virusları, adenoviruslar, rinoviruslar törədir. Xəstəliyin əlamətləri meydana çıxdıqdan sonra bakterial infeksiyanın da qoşulması mümkündür.

Kəskin bronxit güclü qıcıqlandırıcı və hərbi kimyəvi maddələrin, soyuq və isti havanın təsirindən də inkişaf edə bilər. Bu zaman xəstəliyin əmələ gəlməsində infeksiya ikinci plana salınır.

Bronxit enən xarakter daşıyır. Belə ki, infeksiya tənəffüs yollarından bronxlara enir və inkişaf edir.

Xəstəlik quru öskürəklə başlayır və sonra bəlğəmli öskürəklə əvəz olunur. Bəlğəm selikli-irinli olur. Öskürək döş sümüyünün arxasında sızıldayıcı ağrı ilə müşayət edilir. Xəstəlik irəlilədikdə qızdırma baş verir.

Xəstəliyə diaqnoz qoymaq üçün həkimin obyektiv müayinəsi və rentgenoloji müayinənin nəticələri əsas götürülür.

Müalicə məqsədilə xəstəyə çoxlu qaynar maye içirdilir (moruq mürəbbəli, limonlu çay, isidilmiş qələvi mineral sular), öskürək və virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər tətbiq edilir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.