Mərakeş Çindən daha 10 milyon doza koronavirus peyvəndi alacaq
Apr 08, 08:46 / Mənbə: Az.trend.az
Bakı. Trend:
Çin cari ilin aprel və may ayları ərzində Mərakeşə 10 milyon doza müxtəlif koronavirus peyvəndi tədarük edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin (ölkənin ən ali qanunverici orqanı) sədri Li Çjanşu Mərakəşin Nümayəndələr Palatasının (parlamentinin aşağı palatası) sədri Həbib əl-Malki ilə videokonfrans zamanı deyib.
Xəbərin mənbəsi: Az.trend.az