#şou-biznes

“Toylar var və necə lazımdır gedir…” – Baloğlan Əşrəfov

Apr 08, 08:34 / Mənbə: News.milli.az

"Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək".

Milli.Az moderator.az-a istinadən bildirir ki, bunu əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni toyların formatının dəyişdirilməsinin imkansız ailələrə ziyanı olacağını bildirib:

"Azərbaycanın öz adət-ənənəsi var, olub və olacaqda da. Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək. Bəziləri deyir ki, toylarda pul salmaq yığışdırılamlıdır. Bu bədbəxt kasıbın balası gedib ordan-burdan pul tapıb qırx ildi toya gedir ki, balamın toyu olanda verdiklərimi geri alım. O pulla övladıma ya ev, ya da mebel alım. Hamı bunu öz arşını ilə ölçür, belə olmaz axı. Elə adamlar var ki, dövlətdən oğurluq edib, milyonları var, min dənə toy etsə, heç zərrə qədər ona təsir etməz. Ona görə deyir ki, toylarda pul salmaq yığışdırılamıdır. Adamların axı aylıq 1000 manat gəliri yoxdu axı. Bunu fikirləşmirlər?".

Müğənni musiqi dostlarının toylarda iştirak etmək üçün Moskvaya üz tutduğunu bildirib:

"Elin adət-ənənəsini kiminsə dəyişmək imkanı varsa, dəyişsin. Allah canını sağ eləsin. Dəfələrlə bu cür çıxışlarıma görə məndən inciyiblər. Amma indi musiqiçi dostlarım, tanışlarım Moskvada toya gedirlər. Onda Moskvada koronavirus yoxdur? İndi baxıram ki, bizdə də xırda toy məclisləri orda-burda olur. Amma bu oyunbazlıqları niyə görə edib pandemiyanın ayağına yazırlar, bilmirəm. Neynək, qoy yazsınlar, özləri bilər".

B.Əşrəfov insanları çaş-baş salan mütəxəssislərin də fəaliyyətini tənqid edib:

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.