#Maraqlı

Sinir sisteminin orqanizmdə rolu

Apr 08, 08:11 / Mənbə: News.milli.az

Orqanizmin fizioloji funksiyalarının tənzimində və həyat fəaliyyətinin təmin edilməsində sinir sisteminin mühüm rolu vardır.

Sinir sistemində baş verən dəyişikliklər bütün orqan və sistemlərin fəaliyyətində əks edilir. Belə ki, orqanizmdə baş verən bütün fizioloji və patoloji proseslər sinir sisteminin iştirakı ilə baş verir.

Patoloji şəraitdə sinir sisteminin əsas əhəmiyyəti onun mühafizə-uyğunlaşma reaksiyalarında olan iştirakı ilə bağlıdır. Sinir sistemində orqanizmin daxili mühitində və ətraf mühitində baş verən hər bir dəyişikliyə reaksiya baş verir. Bu reaksiyalar orqanizmin göstərilən dəyişikliklərə uyğunlaşmasına şərait yaradır. Lakin orqanizmdə bir-sıra xəstəliklərin gedişində sinir sisteminin mühafizəkar -uyğunlaşma funksiyası zəifləyir. Bu zaman sinir sistemi özü orqanizm üçün zərərli olan patologi reaksiyaların mənbəyinə çevrilir. Bu zaman sinir sistemində pozulmalar müşahidə edilir ki, bu da müxtəlif orqan və sistemlərin fəaliyyətində əks olunur.

Sinir sisteminin orqanizmdə əmələ gətirdiyi potologiyalar funksional və üzvi xarakterli ola bilir.

Funksional pozğunluq dedikdə beynin funksiyasının adı altında baş verən patologiyalar nəzərdə tutulur. Üzvi patologiyalara isə sinir liflərinin zədələnməsi aid edilir.

Bəzi hallarda sinir sistemində funksional və üzvi birləşmələr eyni zamanda baş verir. Məsələn, damarların spazmı nəticəsində yaranan kəskin beyin işemiyası az müddət davam etdikdə sinir sistemində müvəqqəti funksional dəyişikliklər yaranır. Lakin spazm nəticəsində yaranan kəskin beyin işemiyası az müddət davam etdikdə sinir sistemində müvəqqəti funksional dəyişikliklər yaranır, spazm uzun çəkdikdə beyində geri dönməyən üzvi dəyişikliklər meydana çıxır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.