#Maraqlı

Qlobal brauzer bazarında vəziyyət məlum olub

Apr 08, 19:50 / Mənbə: News.milli.az

"StatCounter" analitik firmasının yeni hesabatına görə, "Microsoft Edge" brauzeri son bir neçə ayda müxtəlif əməliyyat sistemlərindən böyük sayda istifadəçiləri özünə cəlb edə bilib. "Google Chrome" əvvəlki kimi dünyada ən popular brauzerdir, onun bazar payı masaüstü brauzerlər bazarının 67,14%-ni təşkil edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Microsoft Edge" brauzeri "Firefox"u ötməyə müvəffəq olub. İndi sonuncu 7,95% bazar payı ilə dördüncü yeri tutur. 10,11% bazar payına malik "Safari" brauzeri populyarlığına görə ikinci, 8,03% bazar payına malik "Microsoft Edge" brauzeri isə üçüncü olub və son aylar ərzində yeni istifadəçiləri aktiv şəkildə cəlb edir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.