#Cəmiyyət

Daha bir məktəb COVID-ə görə bağlandı

Apr 08, 19:05 / Mənbə: News.milli.az

Oğuz şəhər 3 saylı məktəb-lisey COVID-19 virusuna görə bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, tədris ocağının 5 müəllimi və 2 texniki işçisində koronavirus aşkarlanıb.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən məktəb aprelin 9-dan iki həftə müddətinə bağlanacaq, dərslər onlayın formatda keçiriləcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.