#Maraqlı

Yeni “Casio” “ağıllı” saatı təqdim olunub - VİDEO

Apr 08, 19:30 / Mənbə: News.milli.az

"Casio" şirkəti "GSW-H1000" "ağıllı" saatını təqdim edib. Şirkət 2016-cı ildən "ağıllı" saatların buraxılışı ilə məşğul olsa da, bu, idmançılar və ekstremal idman növü həvəskarları üçün "G-Shock" mühafizəli saatlar seriyasında ilk qurğudur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni saat "Google" şirkətinin "Wear OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Saatın massiv korpusu zərbələrdən etibarlı qorunur və 200 metr su dərinliyində işləyir.

"GSW-H1000" saatı vaxtın göstərilməsi üçün daim işləyən "LCD" monoxrom ekranını birləşdirən 360*360 pikselli 1,2 düym diaqonallı displey və istifadəçinin aktivliyi haqqında informasiya üçün rəngli ekranla təchiz edilib. Bundan başqa, saat ürək ritminin izlənilməsi üçün sensor, kompas, "GPS" modul, altimetr, akselerometr və giroskopa malikdir. Qurğunun proqram təminatı 40-dək fiziki aktivlik növünü müəyyənləşdirə bilir. Avtonom iş vaxtı rəngli ekran rejimində istifadədə təxminən yarım gün, monoxrom displeydən istifadə rejimində isə 1 ay təşkil edir.

Yeni "Casio" saatı qırmızı, göy və qara rənglərdə təklif olunacaq. Qurğunun ABŞ-da qiyməti 700 dollar təşkil edəcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.