#Cəmiyyət

Ağdaban faciəsinin 29-cu ildönümü ilə əlaqədar Aşıq Şəmşir mədəniyyət ocağında tədbir keçiriləcək (FOTO)

Apr 08, 18:33 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Məlum olduğu kimi, Ağdaban soyqırımı xalqımızın qan yaddaşına həkk olunmuş ən dəhşətli qırğınlardan biridir. Erməni quldurlarının törətdiyi vəhşiliklər nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb. Yüzlərlə dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 soydaşımız amansızlıqla qətlə yetirilib, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb. Bu amansız qətliamın dəhşətlərini hələ də taleyində daşıyan soydaşlarımız var. Ağdaban faciəsi mədəniyyətimizdə də ağrılı izlər qoyub. Hadisə zamanı Aşıq Qurbani və onun oğlu, ustad el sənətkarı Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılaraq talan edilib.

Tədbirdə erməni silahlı birləşmələrinin Kəlbəcərin işğalından təqribən bir il əvvəl rayonun Ağdaban kəndində törətdikləri vəhşiliklərin dəhşətli fəsadları və sonrakı nəticələrindən söhbət açılacaq. Milli Məclisin üzvləri və ziyalılar erməni separatçılarının törətdiyi qırğının siyasi məqsədi, maddi və mənəvi zərərlərinə dair çıxışlar edəcəklər.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.