#Cəmiyyət

İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib? - İDDİA

Apr 08, 18:16 / Mənbə: Yeniavaz.com

Azərbaycanda tanınmış iş adam İbrahim Hüseyn oğlu İbrahimovun(Hacı İbrahim) öz şirkətinin rəhbərliyindən istefa verdiyi iddia edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.

Məlumata əsasən, bundan sonra “Avesta Konserni”nin rəhbərliyi Araz Nadirov Ələsgər oğluna tapşırılıb.

62 yaşlı Hacı İbrahim Azərbaycanda tikinti sektorunda bir sıra “partlayış” layihələri ilə gündəmi tutsa da sonradan külli miqdarda borclara görə bu layihələrini özü gerçəkləşdirə bilmədi.

Məsələn, onun məşhur Xəzər Adaları (Khazar Islands) bir milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Bu layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxarılmışdı. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikilməsi planlaşdırılırdı. Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi.

Sonradan iş adamı yerli mediaya açıqlamasında dövlət qarşısında külli miqdarda borcu olması səbəbindən milyardlıq layihəsi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verdiyini bildirmişdi:

“Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.