#Cəmiyyət

Azərbaycanlı alim vəfat etdi - FOTO

Apr 08, 18:10 / Mənbə: Yeniavaz.com

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirib.

O, F. Ələkbərlinin uzun müddət xəstə olduğunu, dünən gecə vəfat etdiyini deyib.

Qeyd edək ki, Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. O, 2011-2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edib və onların surətlərini Bakıya gətirib. Alim Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparmış ilk azərbaycanlıdır.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.