#Cəmiyyət

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Apr 08, 18:30 / Mənbə: Oxu.az

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

“Report” xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.