Azərbaycanda 2 717 nəfər COVID-19-a yoluxub, 1 341 nəfər sağalıb, 31 nəfər vəfat edib
Apr 08, 18:38 / Mənbə: Az.trend.az
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.
Xəbərin mənbəsi: Az.trend.az