#Cəmiyyət

Tural Abbaslı: “Niyə Əli Əsədovun, Samir Şərifovun yerinə cavab verirsiz?”

Apr 08, 17:50 / Mənbə: Yeniavaz.com

Azərbaycanda "uşaqpulu"nun verilməsiylə bağlı Ağ Partiyasının və REAL Partiyasının sədrləri arasında yaranmış siyasi polemikalar davam edir.

Polemikalar fonunda tərəflər bir- birini populizmdə, yaxud hakimiyyətə yarınmaqda ittiham edirlər. Növbəti belə müzakirə bu gün Musavat TV-nin efirində yenidən baş tutub.

Verilişdə qonaq olan Ağ Partiyasının sədri Tural Abbaslı REAL Partiyasının sədrini ittiham edib: "Deyirlər ki populist çıxışlardır, niyə siz bu gün Əli Əsədovun, Samir Şərifovun yerinə cavab verirsiz? Siz özünüzü müxalifət adlandırmırsınızmı? Niyə deyirsiz ki, "uşaqpulu" verməyin? Birinciyə verək, üçüncüyə verək və.s Sən kimsən, get otur statuslarını yaz, sonra da üzr istə. Uşaqpulu verilməlidir və onun kifayət qədər mənbələri var. Hesablayır ki 1 milyon uşağa ayda 100 manat verəndə ildə 1milyard pul edir. Adam vurmanı bilmir ki bir ildə 12 ay var. Dünənə qədər laykları ilə fəxr edirdilər, indi isə populizm fikrini ortalığa atıblar"-deyə partiya sədri vurğulayıb.

Efirə qoşulan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli səsləndirilən fikirlərə münasibət bildirib. O qeyd edib ki, Tural Abbaslı çılğın və həddindən artıq emosionaldır: "İmkan vermir ki danışaq. Bizim hakimiyyətə yarınmaq kimi fikrimiz olsaydı, başqa mövqe tutardıq. Biz hakimiyyətdən tələb edirik ki, təkliflərimizə cavab versin. Ortalığa bu günə kimi boşboğazlıqdan başqa bir şey qoyulmayıb. Biz sxem verdik ki, doğulan uşaqlara 100 manat pul müavinət verilsin. Gələn ilin büdcəsində bu qaydalarla bağlı sxem olsun. Təqribi hesablamalara görə 1 milyarda yaxın vəsaitin gələn ildən "uşaqpulu"yla bağlı ayrılmasını tələb edirik. Bu hökumətə yarınmaq nə deməkdir axı? Biz də Tural bəy kimi populistcəsinə çıxış etsəydik deyərdik ki hər bir uşağa 300 manat verilsin Hamıya maşın, ikiotaqlı mənzil paylanılsın. Əslində belə populist çıxışlar hökumətə yarınmaqdır. Onların əlinə girəvə düşür ki bu cür çıxışlara reaksiya verməsin ki qeyri- ciddidir. Ancaq bizim təklifimiz ciddi, əsaslandırılmış və rəqəmlərə söykənən təklifdir. Parlamentdə də bu məsələni rəsmi şəkildə qaldıracağıq və hökumətdən tələb edəcəyik ki, bunlarla bağlı öz fikrini bildirsin. Tural bəylə də istənilən vaxt bu məsələni rəqəmlərlə, qışqırmadan bağırmadan müzakirə etməyə həmişə hazıram. Mən onun əsaslandırmalarını rəqəmlərini görməmişəm. "Uşaqpulu"nun heç kim verilməsinin əleyhinə deyil. Kim olsaydı, bu absurd yanaşma olardı. Biz sadəcə məsələnin daha peşəkarcasına həllini çalışırıq ki, məcburən hökumət də buna cavab versin. Filan təşkilatla debat aparmırıq deyib küskün balaca uşaqlar kimi özlərini aparmasınlar". //qafqazinfo.az

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.