#Cəmiyyət

Azərbaycanlı alim vəfat etdi

Apr 08, 17:22 / Mənbə: News.milli.az

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.

Milli.Az bildirir ki, bu barədə APA-ya Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirib.

O, F. Ələkbərlinin uzun müddət xəstə olduğunu, dünən gecə vəfat etdiyini deyib.

Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.