#Dünya

Pentaqon NATO ölkələrinin Ukrayna ilə bağlı görüşünün detallarını açıqladı

Apr 08, 16:30 / Mənbə: Oxu.az

ABŞ, Kanada, Litva, Polşa və Böyük Britaniyanın müdafiə nazirliklərinin nümayəndələri Ukraynadakı vəziyyətin müzakirə edildiyi virtual görüş keçiriblər.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Görüşü Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles təşkil edib. İştirakçılar Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyiblər.

Həmçinin regionda Rusiyanın hərbi fəallığının artmasından narahatlıq dilə gətirilib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.